Volvo On Call

Öz avtomobilinizi düyməyə bir dəfə toxunmaqla idarə edin.

Sizə lazım olan kömək

Sizin təkəriniz boşalıbsa, avtomobil sıradan çıxıbsa, və ya qəzaya düşübsünüzsə, biz sizə lazım olan köməyi istənilən yerə göndərə bilərik.

Yol qırağında kömək

Operatorla danışmaq üçün Volvo On Call düyməsinə basın və ya öz mobil telefon proqramınızdan istifadə edin, operator sizin GPS yerinizə yardım göndərə bilər.

Fövqəladə hal zamanı yardım

Fövqəladə hal olan zaman yardım əldə etmək üçün başın üzərində yerləşmiş lövhədə SOS düyməsinə basın.

Avtomatik toqquşma xəbərdarlığı

Toqquşma aşkar edildikdə, Volvonuz avtomobilinizlə əlaqə saxlamaq və fövqəladə hal xidmətini göndərmək üçün təlim keçmiş operatoru xəbərdar edir.

Oğurluq barədə xəbərdarlıq

Əgər sizin avtomobilinizə şübhəli bir müdaxilə olarsa, Volvo On Call-a zəng gəlir. Əgər oğurlanarsa, biz sizin avtomobilinizin GPS cihazından istifadə edərək onu tapa və ya hərəkətsiz edə bilərik.

Rahatlıqla avtomobilinizi sürməyə davam edin

Volvo On Call mobil proqramı sayəsində öz smartfonunuzdan istifadə edərək avtomobilinizdəki havanı uzaqdan idarə edə bilərsiniz. Bu, Volvodakı kiçik gündəlik lükslərdən biridir.

Parklama isidicisi

Mobil proqramdan istifadə edərək öz mühərrikinizi qızdırın və ya mühərrikdən istifadə etmədən dizellə işləyən Volvonuzun salonunu isidin. (Zavod istehsalı olan parklama isidicisinə ehtiyac var.)

Mühərriki uzaqdan işə salma

Evdən çıxmazdan 15 dəqiqə əvvəl öz avtomobilinizi işə salın və uzaqdan Volvo-nun iqlim sisteminə nəzarət edin. (Seçilmiş 2015 modellərində var.)

Hibridlər

Hibrid avtomobillər üçün əlavə funksionallıq əldə edin. Öz avtomobilinizi soyutmaq və ya isitmək üçün taymeri qurun, batareyanın statusuna baxın, yükləmə nöqtələrini müəyən edin və s.

Consierj xidmətləri

Bəzən hər birimizin kiçik də olsa yardıma ehtiyacı olur. Yolda yemək üçün bir yer axtarmaq və ya son ana saxladığımız otel və ya uçuş rezervasiyasını etmək kimi. Bizim Konsierj Xidmətləri ilə siz sadəcə Sifariş düyməsini sıxmaqla istədiyiniz vaxt bizim konsierjlərdən biri ilə əlaqə saxlaya bilərsiniz. (Yalnız Çində mövcuddur)

Uyğunluq

Volvo On Call mobil proqramından istifadə edə bilmək üçün sizin avtomobilinizdə, 2012-ci il və sonrakı illərin modellərində, istehsalçı tərəfindən quraşdırılan Volvo On Call olmalıdır. Volvonuzun modelindən asılı olaraq, mövcud funksiyalarda fərqlər ola bilər.

Dəstək

Əgər Volvo On Call proqramını işə salmaq, hesabınızı yaratmaq və ya hər hansı digər məsələ ilə bağlı köməyə ehtiyacınız olarsa, bizim dəstək bölməmizi ziyarət edə və orada sullarınıza cavab tapa bilərsiniz.

Volvo Avtomobillərinə Dəstək

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.