İNTELLİSAFE

Təhlükəsizlik standartları yenilənir, hər gün.

Bizim baxışımız: Heç kim 2020-ə qədər yeni Volvoda ciddi xəsarət almayacaq və ya tələf olmayacaq.

Bax biz təhlükəsizliyə belə ciddi yanaşırıq. Sürmə ilə bağlı funksiyalardan tutmuş, qəzaların qarşısını almaq və qəza baş verən zaman sizi qorumaq üçün olan funksiyalara qədər, İntelliSafe bizim sizə hara gedəcəyinizdən asılı olmayaraq gündəlik rahatlıq və sakitlik vermək vasitəmizdir.

DƏSTƏK VƏ QARŞISINI ALMA

GündƏlik sürmƏni daha hƏyacanlı etmƏk üçün

Biz sürməni sadələşdirmişik, biz onu yolun sizi hara aparmasından asılı olmayaraq asan və təhlükəsiz etmişik. Odur ki, rahat oturun və sürməkdən həzz alın.

Adaptiv kruiz

Adaptive Cruise Control qarşıdakı avtomobil ilə məsafə saxlayır. Bu, xüsusilə aşağı sürətlə gedən şəhər yol hərəkətində sürməni daha da asan edir.

360° kamera

Öz avtomobilinizin quş baxışı görünüşünü əldə etməklə bütün bucaqlarda maneələri görə bilərsiniz. Bu, dar yerlərdə parklamanı və manevr imkanlarını asanlaşdırır.

Active high beam

Təsəvvür edin ki, gecə vaxtı yaxın və uzaq faraları dəyişmək ehtiyacı olmayacaq. Active High Beam avtomatik olaraq digər avtomobilləri, piyadaları və velosipedçiləri hiss edir və qısa müddətə sizin faraların işığını azaldır.

Park assist pilot

İcazə verin, sizin əvəzinizə parklamanı biz edək. Park Assist Pilot funksiyasını aktivləşdirin, parklama sahəsinə yaxınlaşın və təkəri buraxın. Avtomobil sükanı özü idarə edir və sizə nə vaxt əyləcə basmaq lazım olduğunu deyir.

Görünməyən yer haqqında məlumat

Sizə xəbərdarlıq edən radar sensorları vasitəsilə ətrafınızdakı avtomobillər barədə tam məlumatlı olaraq, zolaqları dəyişin.

Yoldan çıxmamaq

Əgər sizin avtomobiliniz öz zolağından çıxarsa, bizim Zolağa Nəzarət Köməkçisi müdaxilə edir və sükanı astaca arxaya çevirir və sizi xəbərdar etmək üçün xəbərdarlıq siqnalları göndərir.

CITY SAFETY

ŞƏhƏrdƏ sürƏn zaman nƏzarƏti sizin ƏlinizƏ verir.

Yol hərəkəti ani olaraq dayandıqda, City Safety, yəni Şəhərdə Təhlükəsizlik funksiyası köməyinizə gəlir, əyləci daha çevik edir və ya əgər reaksiya göstərmək üçün heç vaxt yoxdursa, o zaman avtomatik əyləc işə düşür.

Piyadaları qoruyaraq

Piyadaları sezmə funksiyası avtomobilin xaricindəki insanları görür və sizə qəzalardan yayınmağa kömək edir. Əgər vəziyyət tələb edərsə, hətta sizin yerinizə də əyləcə basa bilir.

Velosipedçiləri qoruyaraq

Əgər velosipedçi sizin avtomobilinizin qarşısında saxlayarsa, velosipedçini aşkarlama funksiyası ön şüşədə işığı yandıraraq, sizi xəbərdar edir və cəld reaksiya vacibdirsə, sizin yerinizə əyləcə basır.

Qabaqda Toqquşma Xəbərdarlığı

Forward Collision Warning - Qabaqda Toqquşma Xəbərdarlığı avtomobilin qarşısında 150 metr uzaqlıqda olan bütün obyektləri skan edir və qəza yaxındırsa, sizi xəbərdar edir və əyləclərin tez bir zamanda basılması üçün onları hazırlayır.

MÜHAFİZƏ

HƏr cƏhƏtdƏn tƏhlükƏsizlik

Yolda gözlənilməz hadisələr baş verir, ona görə də biz qəza olacağı halda sizi mümkün qədər qorumaq üçün funksiyalar icad etmişik.

Piyada hava yastığı

Piyada hava yastığı - Volvoda bir ilk texnologiyası - ön şüşəni örtmək və zərbəni azaltmaq üçün avtomatik olaraq buraxılır. Çünki təhlükəsiz avtomobil həm avtomobilin daxilində həm də xaricində olanları qorumalıdır.

Oturacaq kəmərləri

Biz 1959-cu ildə üç yerdən bərkidilən oturacaq kəmərini icad etmişdik və bu gün də o, bizim ən yaxşı təhlükəsizlik funksiyamızdır. Oturacaq kəmərlərimiz İndi zərbədən sonrakı saniyənin bir neçə minində öz-özünü kipləşdirir.

Daha güclü konstruksiya

Çox güclü bor poladdan və nisbətən yüngül poladdan hazırlanmış təhlükəsizlik qəfəslərimiz qəza zamanı möhkəm dayanır və sizi daha təhlükəsiz saxlamaq üçün enerjini paylayır.

AVTOPİLOT

Sakit, tƏhlükƏsiz vƏ sƏhmanlı şƏkildƏ sƏyahƏt edin

Özü gedən maşın Volvo Cars-da fantastika hesab olunmur. Tezliklə, sizin Volvo sükanı idarə edə, sürət yığa və əyləci basa biləcək, sizi təhlükəsiz və səmərəli şəkildə mənzilə çatdıracaq - siz isə yol gedən zaman ürəyiniz istəyən işlərlə məşğul ola bilərsiniz

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.